Haitidə tarixi qəsrdə inanılmaz izdiham: Ən azı 30 nəfər öldü


Haitidəki Laferriere qəsrində "Dopefresh" ləqəbli sosial media nüfuzlu şəxsin ərazidə olduğu müddətdə baş verən izdihamda ən azı 30 nəfər ölüb.

Turkustan.az xəbər verir ki, Haitinin mədəniyyət və kommunikasiya naziri Emmanuel Menard Haiti hakimiyyətinin məsələ ilə bağlı araşdırma başlatdığını bildirib.

Əsl adı Sebastien Joseph olan "Dopefresh" sosial media paylaşımında basabasın "çox kədərli" olduğunu bildirib.

İzdiham baş verən zaman ərazidə olmadığını iddia edən Cozef dedi: "Mən artıq dağdan enirdim. Hər kəsin giriş və çıxış üçün istifadə edə biləcəyi yalnız bir qapı var idi və yağış yağmağa başlayanda hamı eyni anda qaçmağa başladı".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ