Zelenski: Ukrayna təhlükəsizlik üzrə 9 ölkə ilə əlaqə saxlayır


Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsi təhlükəsizlik məsələləri üzrə bir sıra dövlətlərlə fəal təmaslarını davam etdirir.

Turkustan.az xəbər verir ki, Zelenski bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun Yaxın Şərq və Körfəz regionu ölkələri ilə əməkdaşlığın ilkin nəticələrinə dair hesabatından sonra Telegram hesabında paylaşım edib.

Onun sözlərinə görə, hazırkı mərhələdə Ukrayna Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya, Türkiyə, Suriya, Oman, Küveyt və Bəhreyn ilə təhlükəsizlik mövzusunda əlaqələr qurub. Zelenski əlavə edib ki, İraqla əməkdaşlıq üçün də müraciətlər edilib.

Prezident qeyd edib ki, hazırda Qafqaz regionu, həmçinin Şərqi və Cənub-Şərqi Asiya ölkələri ilə birgə əməkdaşlıq imkanları müzakirə olunur. Onun sözlərinə görə, Afrika ölkələrindən də konkret təkliflər daxil olub.

Zelenski vurğulayıb ki, Ukrayna eyni zamanda Avropa ilə daha dərin təhlükəsizlik razılaşmaları üçün zəmin hazırlayır və bu istiqamətdə yaxın günlərdə nəticə əldə olunması gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ