İran ABŞ-ın İran limanlarına daxil olan və çıxan dəniz nəqliyyatına blokada tətbiq etmək qərarına reaksiya verib.
Turkustan.az xəbər verir ki, İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf sosial media paylaşımında ABŞ-ın bu qərarının benzin qiymətlərinin daha da artmasına səbəb olacağını bildirib. O deyib: “Hazırda yanacaqdoldurma məntəqələrində əks olunan benzin qiymətlərindən həzz alın. Sözdə ‘blokada’ ilə tezliklə 4–5 dollarlıq benzini də itirəcəksiniz”.
Qalibaf paylaşımında müxtəlif yanacaqdoldurma məntəqələrində qiymətləri əks etdirən görüntülərə də yer verib. O, həmçinin qiymətləri göstərən bir tətbiqdə “Ağ Evin yaxınlığındakı yanacaqdoldurma məntəqəsi” üzrə axtarışın ekran görüntüsünü paylaşıb.

Aytən Yaşar/ Turkustan.az