Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirilo Budanov bildirib ki, 182 ukraynalı vətəninə qayıtdıqdan sonra gələn həftənin sonuna qədər daha bir hərbi əsir mübadiləsinə hazırlıq görülür.
Turkustan.az xəbər verir ki, “Novosti.LIVE” telekanalının Telegram-da yaydığı məlumata görə, Budanov bu barədə kanalın jurnalistinə verdiyi şərhdə danışıb.
Budanov qeyd edib: “Ümid edirəm ki, həftənin sonunda daha bir mərhələ baş tutacaq. Burada yalnız bürokratik prosedurlar qalır.”
Xatırladaq ki, aprelin 11-də keçirilən mübadilə çərçivəsində 175 Ukrayna hərbçisi və 7 mülki şəxs Rusiya əsirliyindən azad olunaraq ölkələrinə qayıdıblar.
Aytən Yaşar/ Turkustan.az