Yekaterinburqun Kirov Rayon Məhkəməsi Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski və oğlu Mütvəli Şıxlinskini dövlət məmuruna qarşı zorakılıq etməkdə təqsirli bilib.
Turkustan.az Kommersant qəzetinə istinadən xəbər verir ki, hökmə əsasən, Şahin Şıxlinski 9 il müddətinə, oğlu isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, martın əvvəlində Şahin Şıxlinski 2001 və 2011-ci illərdə törədilmiş qətl və sui-qəsd cəhdi ittihamı ilə 22 il müddətinə həbs cəzası da almışdı. Diasporun keçmiş rəhbəri ümumilikdə 24 il həbs cəzası alıb. O, ilk 4 ilini həbsxanada, qalan hissəsini isə maksimum təhlükəsizlik cəzası olan koloniyada keçirəcək.
Xatırladaq ki, 2025-ci ilin iyul ayında Şahin Şıxlinski Yekaterinburqdakı "Bakı Plaza" ticarət mərkəzinin yaxınlığında saxlanılıb. /modern.az/