ABŞ və İran arasında Pakistanın İslamabad şəhərində keçirilən 21 saatlıq vacib danışıqlar nəticəsiz başa çatdı.
Turkustan.az xəbər verir ki, hər iki tərəf danışıqların razılaşma olmadan başa çatdığını elan etdi, ABŞ prezidenti Donald Tramp isə İrana qarşı yeni bir təhdid səsləndirdi.
Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazını blokada prosesinə başlayacağını bildirərək dedi: “Hər kəsin girməsinə və çıxmasına icazə veriləcək bir nöqtəyə çatacağıq. Həmçinin iranlıların boğazda yerləşdirdiyi minaları məhv etməyə başlayacağıq. Bizə və ya dinc gəmilərə atəş açan hər hansı bir iranlı cəhənnəmə göndəriləcək”.
İranın Trampın təhdidinə ilk reaksiyası İnqilab Keşikçiləri Korpusundan gəldi. İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Komandanlığı sosial media hesabında Hörmüz boğazını müşahidə edən pilotsuz təyyarənin görüntülərini paylaşdı . Əlavə edilən bəyanatda deyilirdi: "Bütün nəqliyyat vasitələri silahlı qüvvələrin nəzarəti altındadır. Hər hansı bir səhv hərəkət düşməni Hörmüz boğazında ölümcül bir girdaba salacaq."
AYtən Yaşar/ Turkustan.az