ABŞ ordusu niyə 68 illik təyyarələri döyüşə göndərir? - İnanılmaz iddia


İrandakı son gərginlik fonunda ABŞ Hərbi Hava Qüvvələrinin ciddi itkilərlə üzləşdiyi və köhnə texnikanı yenidən aktivləşdirməyə məcbur qaldığı bildirilir.

Turkustan.az xəbər verir ki, ABŞ ordusu 68 il əvvəl istehsal olunmuş KC-135 Stratotanker tipli tanker təyyarələrini yenidən xidmətə qaytarır.

"Bild" nəşrinin məlumatına əsasən, mart ayında İraqın qərbində bir KC-135 təyyarəsinin qəzaya uğraması və İranın Səudiyyə Ərəbistanındakı aviabazaya endirdiyi zərbə nəticəsində ən azı beş belə tanker zədələnib. Bu isə ABŞ-nin havada yanacaq doldurma imkanlarında ciddi boşluq yaradıb.

Bu itkiləri kompensasiya etmək üçün ABŞ Hərbi Hava Qüvvələri Devis-Montan Hərbi Hava Qüvvələri bazası ərazisində saxlanılan ehtiyat təyyarələri yenidən aktivləşdirir. Onların arasında 58-0011 quyruq nömrəli, təxminən 68 il əvvəl istehsal olunmuş KC-135 də var.

Mənbə kimi göstərilən FlightGlobal qeyd edir ki, bu təyyarələr hazırda texniki baxışdan keçirilir və yaxın zamanda Yaxın Şərqə göndərilməsi planlaşdırılır. (Musavat.com)


MANŞET XƏBƏRLƏRİ