Dünyanın ən böyük hərbi hava qüvvələrinin reytinq cədvəli açıqlanıb.
Turkustan.az xəbər verir ki, bununla bağlı “Global Firepower” siyahı tərtib edib.
Bildirilib ki, ABŞ 13.032 təyyarə ilə birinci yerdədir. Rusiya 4237 təyyarə ilə ikinci, Çin 3529 təyyarə ilə üçüncüdür.
Azərbaycan siyahıda 159 təyyarə ilə 53-cü yeri tutub.
Qardaş ölkə - Türkiyə 1101 təyyarə ilə 8-ci, qonşularımız - İran 551 təyyarə 21-ci, Ermənistan isə 69 təyyarə ilə 84-cü sıradadır./axar.az