Paulo Kostadan Trampa sürpriz addım – görüntülər viral oldu


ABŞ-ın Mayami şəhərində keçirilən UFC 327 turniri döyüşdən sonrakı qeyri-adi anlarla gündəmə gəlib.

Turkustan.az xəbər verir ki, braziliyalı döyüşçü Paulo Kosta qələbə qazandıqdan sonra qəfəsdən enərək ABŞ prezidenti Donald Trampın olduğu əraziyə yönəlib.

Yayılan görüntülərdə Kostanın Tramp ilə əl sıxdığı və aralarında qısa söhbətin baş tutduğu əks olunub. Döyüşçünün Trampa “Etdiyiniz iş üçün təşəkkür edirəm, bunu sizə deməliydim” dediyi eşidilir.

Tramp isə buna cavab olaraq “Sən döyüşçü olmaq üçün çox yaraşıqlısan, amma həqiqətən yaxşı döyüşçüsən” ifadəsini işlədib.

Sosial şəbəkələrdə sürətlə yayılan bu görüntülər qısa zamanda böyük marağa səbəb olub və turnirin ən çox müzakirə olunan anlarından birinə çevrilib.

Tramp braziliyalı döyüşçüyə: "Sən çox yaraşıqlı kişisən, model ola bilərsən".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ