Katz və Netanyahunun açıqlamalarına AK Partiyadan ilk reaksiya gəldi


AK Partiyasından İsrailin müdafiə naziri Yoav Katz və Baş nazir Binyamin Netanyahunun Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan açıqlamalarına ilk reaksiya gəlib.

Turkustan.az xəbər verir ki, AK Partiya sözçüsü Ömər Çelik bəyanatı sərt şəkildə qınayaraq bildirib ki, səsləndirilən fikirlər Türkiyənin həqiqətə əsaslanan sülh diplomatiyasına qarşı olan mövqenin göstəricisidir.

Çelik qeyd edib:

“Soyqırım şəbəkəsinin üzvləri olan Netanyahu və Katzın Prezidentimizi hədəf alan açıqlamaları, bu şəbəkənin nə qədər küncə sıxışdırıldığının və sarsıldığının göstəricisidir. Bu şəbəkə insanlıq məhkəməsi qarşısında cavab verəcək.”

O əlavə edib ki, Prezident Ərdoğan bu şəbəkənin iddia olunan soyqırım cinayətlərini beynəlxalq platformalarda ifşa edən liderdir.

Çelik həmçinin bildirib ki, hazırda dünya iki qütbə bölünüb: bir tərəfdə Prezident Ərdoğanın liderlik etdiyi “İnsanlıq Alyansı”, digər tərəfdə isə Netanyahu rəhbərliyindəki “Qətl Şəbəkəsi” dayanır. Onun sözlərinə görə, İspaniya Baş naziri Pedro Sançezin mövqeyi də “İnsanlıq Alyansı” baxımından təqdirəlayiqdir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ