Atəşkəs pozuldu - İran yenidən bombardman edildi


İran Milli Neft Şirkəti bu səhər ölkənin cənubundakı neft emalı zavoduna zərbələr endirildiyini təsdiqləyib.

Turkustan.az xəbər verir ki, qurumun açıqlamasında yanğın söndürüldüyü, itkinin olmadığı bildirilib.

***

13:00

ABŞ ilə elan edilən atəşkəsdən sonra aprelin 8-də İranın Bəsrə körfəzindəki Lavan adasında yerləşən neft emalı zavodunda bir neçə partlayış baş verib.

Turkustan.az xəbər verir ki, bu barədə “Mehr” məlumat yayıb.

Partlayışların səbəbi hələlik məlum deyil.

Həmçinin agentlik atəşkəsdən sonra İranın Siri adasında da partlayışlar barədə məlumat yayıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp İrana hücumları müvəqqəti olaraq dayandırmağa hazır olduğunu bildirdikdən sonra rəsmi Tehran iki həftəlik atəşkəs şərtlərini qəbul edib. Tərəflər arasında danışıqların aprelin 10-da İslamabadda aparılması planlaşdırılır.

ABŞ və İsrail müvafiq razılaşma çərçivəsində İrana qarşı hərbi əməliyyatları iki həftə təxirə salıb./teleqraf


MANŞET XƏBƏRLƏRİ