Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bağlı qapılar arxasında çətin söhbət baş tutub.
Turkustan.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Məlumata görə, rəsmi Moskva Paşinyanla razılığa gəlməyin mümkün olmadığını anlayıb və əməli addımlar atıb:
“Xüsusilə Kreml Paşinyan hökuməti ilə əlaqəli bütün müəssisələrin, şirkətlərin və hətta mədəni təşkilatların Rusiyaya girişini qadağan etmək qərarına gəlib. Dünən Rusiyaya spirtli içkilərin ixracı üçün istifadə edilən “Proshyan” konyak zavodunun lisenziyasının dayandırılması ilə bağlı şayiələr yayılıb. Hətta ruslarla kifayət qədər isti münasibətlər qurmuş Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan və onun ətrafı belə arzuolunmaz şəxs statusuna düşüblər”. /axar.az/