Dünya rahat bir nəfəs aldı! İlk gəmilər bir-birinin ardınca keçdi


Gəmi izləmə şirkəti MarineTraffic-in məlumatlarına görə, ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşmasından sonra Hörmüz boğazında ilk hərəkətlər qeydə alınıb.

Turkustan.az xəbər verir ki, liberiya bayrağı altında üzən Daytona Beach yük gəmisi İranın Bəndər Abbas limanından Türkiyə vaxtı ilə saat 08:28-də yola düşüb və boğazı saat 09:59-da keçib. Hazırda Oman körfəzində olan gəminin təyinat yeri Birləşmiş Ərəb Əmirliklərindəki Fujayra limanı kimi qeyd olunur. Yunanıstana məxsus "NJ Earth" yük gəmisi də saat 11:44-də Hörmüz boğazından keçib.

ABŞ və İsrailin 28 fevralda İrana hücumlarından və ardınca İranın bəzi regional ölkələrə qarşı cavab hücumlarından sonra münaqişəni daha da gərginləşdirən ABŞ prezidenti Donald Tramp 8 aprel saat 01:30-da atəşkəsi qəbul etdiyini açıqladı.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ