“ABŞ razılaşma baş tutmadığı halda İrana qarşı hərbi variantı yenidən gündəmə gətirə bilər”.
Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Sky News”a açıqlamasında deyib.
Onun sözlərinə görə, davam edən danışıqlarda müəyyən irəliləyiş əldə olunub və İranın sərt hesab edilən tələblərinin böyük hissəsi artıq müzakirə olunaraq uzlaşdırılıb.
Tramp bildirib ki, yekun razılaşma qənaətbəxş olmazsa, Vaşinqton əvvəlki hərbi strategiyasına qayıtmaqda çətinlik çəkməyəcək./Globalinfo.az