ABŞ prezidenti Donald Trump NATO ölkələrini yenidən sərt tənqid edib.
Turkustan.az xəbər verir ki, o, ABŞ və Israel-in Irana qarşı hücumlarında NATO müttəfiqlərindən dəstək görmədiyini bildirib.
Trump Truth Social hesabında yazıb ki, NATO ölkələri “hərbi cəhətdən zəiflədiyini iddia etdiyi İrana qarşı heç nə etməyib” və ABŞ-ın NATO-ya ehtiyacı olmadığını vurğulayıb.
O, həmçinin İranla aparılan danışıqlara toxunaraq bildirib ki, Tehran razılaşma əldə etməkdə maraqlıdır, lakin bunu ictimaiyyət qarşısında fərqli şəkildə təqdim edir. Trump xəbərdarlıq edib ki, vəziyyət gecikərsə, nəticələr ağır ola bilər.
Qeyd edək ki, Trump daha əvvəl də NATO-nu “kağız pələng” adlandırmışdı.
Aytən Yaşar/ Turkustan.az