“Bu gecə İsrail raketlərlə işıqlandırılacaq” – SEPAH-dan xəbərdarlıq


“İsrailin səması bu gecə raketlərlə işıqlandırılacaq”.

Turkustan.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava-Kosmik Qüvvələrinin komandanı Məcid Musəvi “X” hesabında yazıb.

O bildirib ki, hazırda İran İsrail üzərində raket üstünlüyünə sahibdir.

“Bu andan etibarən İsrail üzərində İranın raket üstünlüyünü elan edirəm”, – deyə Musəvi qeyd edib.

Komandan əlavə edib ki, İran silahlı qüvvələri İsrail ərazisinə və regiondakı ABŞ hərbi bazalarına yönələcək növbəti raket hücumlarında yeni taktika və buraxılış sistemlərindən istifadə edəcək. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ