İsrail və ABŞ mənbələrinə görə, müharibənin başladığı 3 həftə ərzində 3000-dən çox təhlükəsizlik qüvvəsi öldürülüb, 48 siyasi lider qətlə yetirilib, 20 hərbi təyyarə vurulub, 1 sualtı qayıq batırılıb.
Turkustan.az xəbər verir ki, bu barədə politoloq Heydər Oğuz qeyd edib.
O bildirib ki, ən azı 1 F-4E, 2 F-5E, 2 Su-22M4 və Qətərin məlumatına görə, 2 Su-24MK məhv edilib:
“İran Qırmızı Aypara Cəmiyyətinin məlumatına görə, ölü sayı 555, yaralı sayı isə 787-dir. İran Siyasi Haqları Aktivistlərinin (HRANA) iddiasına görə isə ən azı 4765 nəfər öldürülüb. Bunların böyük əksəriyyəti yüksək rütbəli zabitlərdir. Aralarında onlarla general da var.
İsrail və ABŞ-a görə İsraildə: 12 nəfər həlak olub, 11 nəfər itkin düşüb, 1473 nəfər yaralanıb.
ABŞ: 13 hərbçi həlak olub, ən azı 150 nəfər yaralanıb, 3 F-15E vurulub (Dost atəşi ilə), bir F-35-ə zərər dəyib.
İrana görə: ABŞ - 650 hərbçi həlak olub və ya yaralanıb”.
Politoloq vurğulayıb ki, bu statistika kimin nə qədər üstün olduğunu açıq şəkildə ortaya qoyur. axar.az/