ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson Vaşinqtonun İrana qarşı həyata keçirdiyi missiyanın demək olar ki, başa çatdığını bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə Conson “Assoşeyted Press”ə müsahibəsində deyib.
Onun sözlərinə görə, ilkin məqsədlər əsasən yerinə yetirilib:
“Düşünürəm ki, ilkin missiya faktiki olaraq tamamlanıb. Məqsədimiz ballistik raketləri və onların istehsal imkanlarını məhv etmək, həmçinin dəniz qüvvələrini zərərsizləşdirmək idi. Bu hədəflərə nail olunub”, – Conson vurğulayıb.
Spiker bildirib ki, münaqişənin bir qədər uzanmasının səbəbi Tehranın Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə təhdid yaratmaq imkanlarının qalmasıdır:
“Vəziyyəti bir qədər sabitləşdirən kimi hesab edirəm ki, iş demək olar yekunlaşacaq”. /axar.az/