İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Laricani İranı günahlandırmaq məqsədilə 11 sentyabr hücumlarına bənzər “saxta bayraq” əməliyyatının planlaşdırıldığı barədə məlumat aldığını iddia edib.
Turkustan.az xəbər verir ki, Laricani bu barədə X sosial şəbəkə hesabında paylaşım edib.
“Eşitdiyimə görə, Epşteynin şəbəkəsinin qalan üzvləri 11 sentyabr hadisələrinə bənzər bir insident yaratmaq və buna görə İranı günahlandırmaq üçün sui-qəsd hazırlayıblar. İran belə terror planlarına kökündən qarşıdır və Amerika xalqı ilə müharibə aparmır”, – deyə, o bildirib.
Aytən Yaşar/ Turkustan.az