ABŞ-ı diz çökdürən lider: Kral Feysəl niyə öldürüldü?


Səudiyyə Ərəbistanının keçmiş kralı Feysəl bin Əbdüləziz Al Səud və onun ölümü ilə bağlı diqqətçəkən məlumatlar yayılıb.

Turkustan.az xəbər verir ki, bununla bağlı “Hayatımız tarih” kanalı paylaşım edib.

Bildirilib ki, 1973-cü ildə Feysəl bin Əbdüləziz Al Səud İsraili dəstəkləyən Qərbə qarşı tarixdəki ən böyük neft embarqolarından birini başladıb:

“Neft kranlarını bağlayaraq dövrün ən böyük supergücünü diz çökdürən o əfsanəvi lideri bunun bədəlini çox ağır ödədi.

Həmin zaman ABŞ-ın dövlət katibi Henri Kissinger onu təhdid etməyə çalışanda o, tarixə düşən məşhur sözlərini deyir: “Biz çadırda yaşayıb xurma yeyərək də həyatda qala bilərik. Amma siz neftsiz yaşaya bilməzsiniz”.

Bu sözlər Qərbin qəlbinə sancılan bir xəncər kimi idi. Cəmi iki il sonra 1975-ci ildə Feysəl bin Əbdüləziz Al Səud öz sarayında sui-qəsdə məruz qalaraq öldürüldü. Tətiyi çəkən uzaqdan gələn biri yox, məhz ABŞ-da təhsil almış öz qardaşı oğlu idi. Orta Şərqdə dik durmağın bədəli çox vaxt qanla ödənib”, – deyə qeyd olunub./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ