İranda ölənlərin sayı artmaqdadır: Son 6 gündə həyatını itirənlərin sayı belədir


İran və ABŞ arasında danışıqlar davam edərkən İsrail və ABŞ 28 fevral səhəri İrana qarşı birgə hücuma başladılar.

Turkustan.az xəbər verir ki, İrana qarşı "böyük əməliyyat"ın başladığını elan etdi .

Hücumlar paytaxt Tehranı, eləcə də İsfahan, Kərəc, Qum, Təbriz, Şiraz, Buşehr, Kermanşah və İlam şəhərlərini hədəf alıb. Bu hadisələrdən sonra İsrail və İran hava məkanlarını bağlayıb və İsraildə fövqəladə vəziyyət elan edilib. Ölkə daxilində sirenlər səsləndirilib və əhaliyə sığınacaq axtarmaq barədə xəbərdarlıq edilib.

İran ordusu ABŞ və İsrailin hücumlarına cavab olaraq İsrailə qarşı ballistik raket və pilotsuz təyyarə hücumları həyata keçirdiyini açıqladı. İran həmçinin Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər və İordaniyadakı ABŞ bazalarını hədəf aldığını açıqladı. Məlumata görə, hücumlarda Bəhreyndəki ABŞ dəniz bazası da vurulub.

Altı gündür davam edən hücumlarda ölənlərin sayı 1230-a çatıb. Bütün dünya bölgədəki hadisələri narahatlıqla izləyir və döyüşlər davam edərsə, ölənlərin sayının daha da artacağı ilə bağlı narahatlıqlar var.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ