İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Cenevrədə ABŞ ilə danışıqlardan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Mariano Qrossi ilə görüşəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Ərakçi məsələ ilə bağlı ABŞ-da yerləşən X şirkətinin sosial media hesabında açıqlama verib.
İranın xarici işlər naziri bildirib ki, "Bazar ertəsi günü nüvə mütəxəssislərinin də iştirak edəcəyi dərin texniki müzakirə üçün Qrossi ilə görüşəcəyəm. ABŞ ilə diplomatik danışıqlardan əvvəl çərşənbə axşamı günü Omanın xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi ilə də görüşəcəyəm".
Erakçi Cenevrəyə "ədalətli və bərabər razılığa gəlmək üçün konkret ideyalarla" gəldiyini bildirib və əlavə edib ki, "gündəmdə olmayan şey: Təhdidlərə təslim olmaq".
İran və ABŞ arasında dolayı nüvə danışıqlarının ikinci mərhələsi sabah Cenevrədə keçiriləcək.
Aytən Yaşar/ Turkustan.az