Rubio: Suriyadakı irəliləyişi qoruyub saxlamalıyıq


ABŞ dövlət katibi Marko Rubio Suriyadakı irəliləyişdən məmnun olduqlarını və bu irəliləyişin davam etdirilməli olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Rubio Slovakiyanın paytaxtı Bratislavaya rəsmi səfəri çərçivəsində Baş nazir Robert Fiko ilə birgə mətbuat konfransında çıxış edib.

Rubio heç kimin İranla uğurla razılığa gələ bilmədiyini və ABŞ-ın buna çalışacağını bildirərək əlavə etdi: "Biz yalnız ilahiyyata əsaslanaraq siyasi və geosiyasi qərarlar verən insanlarla iş görürük və bu, mürəkkəb bir vəziyyətdir".

Rubio ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və kürəkəni Cared Kuşnerin vacib görüşlər üçün yola düşdüyünü bildirərək əlavə edib: "Biz də NATO-dan çıxmırıq. Ola bilsin ki, bir neçə min əsgəri bir ölkədən digərinə köçürmüşük, amma bu, normal bir vəziyyətdir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ