Dünya pivədən imtina edir – istehsalçılar həyəcan siqnalı verdi


Dünya üzrə pivəyə tələbat azalır və iri istehsalçılar xərcləri ixtisar etməyə başlayıb.

Turkustan.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, dünyanın ikinci ən böyük pivə istehsalçılarından biri olan Heineken qlobal miqyasda 6 minədək əməkdaşını işdən azaldacaq.

2025-ci ilin yekunlarına əsasən satışlar 2,4% geriləyib. İstehlak xüsusilə ABŞ və Avropada ciddi şəkildə aşağı düşüb.

Mütəxəssislər bildirirlər ki, oxşar problemlər digər pivə markalarında da müşahidə olunur və sahə açıq-aşkar tənəzzül mərhələsinə daxil olub. Analitiklər bunu istehlakçı vərdişlərinin dəyişməsi, sağlam həyat tərzinə marağın artması və alkoqolsuz içkilərin populyarlaşması ilə izah edirlər. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ