Rusiya: İsrail Suriya ərazisinə özbaşına hücumlar həyata keçirir


Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Anna Evstiqneeva bildirib ki, İsrail Suriya ərazisinə "özbaşına hücumlar" etməklə Dəməşq hökumətinin sabitliyini pozur.

Turkustan.az xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Anna Evstiqneyeva BMT Təhlükəsizlik Şurasının (TŞ) "Yaxın Şərqdəki vəziyyət" mövzusunda aylıq iclasında çıxış edib.

Rusiyalı diplomat Evstiqneyeva bildirib ki, Dəməşq hökuməti təhlükəsizlik məsələləri üzrə dialoqa açıq olsa da, İsrailin Suriyanın ərazi bütövlüyünü pozmaq üçün sistemli yanaşmasını təəssüflə qeyd edir.

"İsrail qoşunlarını işğal olunmuş ərazilərdən çıxarmaqdan imtina edib. Suriya Ərəb Respublikasının ərazisində müntəzəm olaraq özbaşına hücumlar həyata keçirilir", - deyə Evstiqneeva bildirib və İsrail ordusunun Suriyanın cənubunda reydlər keçirdiyini, mülki şəxsləri qaçırdığını və özbaşına nəzarət məntəqələri yaratdığını vurğulayıb.

Çıxışında Evstigneeva İsrailin aqressiv mövqeyinin Suriya iqtisadiyyatına təsirlərinə toxunaraq, İsrailin Quneytra bölgəsindəki kənd təsərrüfatı torpaqlarına "naməlum kimyəvi maddələr" səpməsi ilə bağlı son xəbərlərdən xüsusi narahatlığını ifadə edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ