İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, hər hansı potensial razılaşma İranın ballistik raket proqramını və onun bölgədəki proksi qüvvələrini də əhatə etməlidir.
Turkustan.az xəbər verir ki, Netanyahu İranla hər hansı bir razılaşmanın əldə edilməsi ehtimalına şübhə ilə yanaşdığını bildirib.
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-dan gedərkən çıxış edərək bildirib ki, Tehranla mümkün olan hər hansı bir razılaşmaya İranın ballistik raket proqramının daxil edilməsi lazımdır.
Vaşinqton yaxınlığındakı Merilend ştatındakı Endryus Birgə Bazasında (JBA) jurnalistlərə açıqlama verən Baş nazir Netanyahu ABŞ prezidenti Donald Trampla İran mövzusunda keçirdiyi görüşlə bağlı açıqlamalar verib.
Netanyahu Trampa razılaşma əldə ediləcəyi təqdirdə, İsrail və bütün beynəlxalq ictimaiyyət üçün vacib olan komponentlərin daxil edilməli olduğunu açıq şəkildə bildirdiyini bildirərək, "Razılaşmaya yalnız nüvə məsələsi deyil, həm də ballistik raket proqramı və İranın bölgədəki proksi qüvvələri daxil edilməlidir" dedi.
Aytən Yaşar/ Turkustan.az