Ermənistanın dəmir yolları Azərbaycan və Türkiyə ilə BİRLƏŞDİRİLƏCƏK


Moskva və İrəvan Ermənistan dəmir yollarının Azərbaycan və Türkiyə ilə əlaqəli iki hissəsinin bərpası ilə bağlı danışıqlara başlayacaq.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib.

O qeyd edib ki, "Ermənistan tərəfinin xahişinə uyğun olaraq və Ermənistan xalqına olan dostluq və qardaşlıq hisslərinə əsaslanaraq, Rusiya Federasiyası Ermənistan dəmir yollarının iki hissəsinin bərpası ilə bağlı əsaslı danışıqlara başlamaq qərarına gəlib. Bu, onların Yerasx (Arazdəyən) kəndi yaxınlığındakı Azərbaycan Respublikasının dəmir yolları ilə, eləcə də Axuryan (Düzkənd) kəndi yaxınlığındakı Türkiyə Respublikasının dəmir yolları ilə əlaqəsini təmin edəcək".

Xatırladaq ki, layihə Arazdəyən-Sədərək-Culfa-Ordubad-Mehri-Horadiz və Gümrü-Axuryan-Qars dəmir yolu xətlərinin bərpasını nəzərdə tutur./modern.az


MANŞET XƏBƏRLƏRİ