İsrail əsgərləri məxfi məlumatları mərc oyunları üçün istifadə edib – ŞOK İTTİHAM


İsrail əsgərlərinin onlayn qumar saytlarında pul qazanmaq üçün İsrail hərbi məlumatlarından məxfi istifadə etdiyi aşkarlanıb.

Turkustan.az xəbər verir ki, İsrailin yerli mediası bir neçə ehtiyat əsgərinin və bir mülki şəxsin orduya məxsus məlumatlardan istifadə etdiklərinə görə təhlükəsizlik ittihamları ilə ittiham olunduğunu bildirib.

İttihamnaməyə görə, iki şəxs virtual mərc saytında hərbi əməliyyatlara mərc etmək üçün ehtiyatda olan əsgərin xidməti vəzifələri zamanı üzə çıxaracağı IDF-in daxili məlumatlarından istifadə edib.

Ehtiyatda olan bəzi əsgərlər haqqında da araşdırmalara başlanıldığı bildirilib.

İttihamnamədə "dövlət təhlükəsizliyinə zərər vurmaq niyyəti" kimi ittihamlar olmadığı bildirilsə də, Tel-Əviv Rayon Məhkəməsinin Prokurorluğun Kiber Cinayətlər Bölməsinin tələbi ilə ittihamnamənin ictimaiyyətə açıqlanmasını təsdiqlədiyi bildirilib.

Əvvəlki mətbuat xəbərlərində İsrail təhlükəsizlik orqanlarına məxsus məlumatların İrana qarşı hücumlarla bağlı mərc saytında istifadə oluna biləcəyinə dair şübhələr var idi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ