Belçika federal polisi daşınmaz əmlak satışı ilə bağlı araşdırma çərçivəsində Brüsseldə Avropa Birliyi (AB) Komissiyasının bir neçə ofisində axtarış aparıb.
Turkustan.az xəbər verir ki, mətbuat xəbərlərinə görə, istintaq 2024-cü ildə AB-yə məxsus 23 binanın Belçikanın dövlət investisiya agentliyi SFPIM-ə təxminən 900 milyon avroya satılacağı ilə bağlı iddialara yönəlib.
Bu əməliyyatın bir hissəsi olaraq, federal polis Komissiyanın büdcə bölməsi də daxil olmaqla bir neçə departamentdə axtarış aparıb.
Avropa Prokurorluğu (EPPO) istintaqın hələ ilkin mərhələdə olduğunu və dəlillərin toplanmasının davam etdiyini bildirib.
Aİ satışın Aİ-nin maliyyə qaydalarına uyğun olaraq həyata keçirildiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az