Avropa İttifaqı (Aİ) və üzv dövlətlər uşaqlar və gənclərin internetdə keçirdiyi vaxtın nəzarətsiz olması səbəbindən onlara sosial media məhdudiyyətləri tətbiq etmək səylərini sürətləndiriblər.
Turkustan.az xəbər verir ki, İspaniya Baş naziri Pedro Sançezin 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını qadağan edəcəyini açıqlamasından sonra, Avropada bu istiqamətdə atılan addımlar və səylər yenidən ön plana çıxdı.
Rəqəmsal mühitlərdə keçirilən vaxt cəmiyyətdə gündən-günə artır və qavrayışın manipulyasiyası, dezinformasiya, nifrət dolu çıxışlar, şəxsi məlumatların pozulması və fırıldaqçılıq kimi cinayətlər onlayn platformalarda daha tez-tez baş verir.
Aytən Yaşar/ Turkustan.az