Ceffri Epşteynin 10 avqust 2019-cu ildə qəfil ölümündən cəmi 48 saat əvvəl imzalanmış "1953 Etibarnaməsi" sənədində onun vəsiyyətnaməsini kimlərə qoyduğu sadalanır.
Turkustan.az xəbər verir ki, 8 avqust tarixli bu sirli vəsiyyətnamə, Epsteinin yüz milyonlarla dollar dəyərində olan böyük sərvətinin məhkəmə prosesi başa çatmadan və ya dövlətin müsadirə ehtimalı yaranmadan necə tez bir zamanda bölündüyünü ortaya qoyur.
Vəsiyyətnamədə Epşteynə ən yaxın olanlardan tutmuş onun mülklərindəki xidmət işçilərinə qədər geniş bir şəbəkənin necə maddi mükafatlandırıldığı ətraflı şəkildə izah olunur.
Siyahının tərtib olunma tərzi aydın şəkildə göstərir ki, illərdir Epşteynin sirlərini saxlayan, əməliyyatlarını idarə edən və ən intim sahələrində çalışan "daxili çevrəyə" bir növ sədaqət bonusu paylanırdı.
Aytən Yaşar/ Turkustan.az