Avropa Birliyinin (AB) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib ki, “yaşadığımız dövrü və görmək istədiyimiz dünyanı əks etdirən yeni AB Arktika siyasətinin formalaşdırılmasının vaxtıdır”.
Turkustan.az xəbər verir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Norveçin Tromsø şəhərində keçirilən “Arktika Sərhədləri 2026” konfransı çərçivəsində “Arktikada mövcud vəziyyət” mövzusunda çıxış edib.
Kallas qeyd edib ki, Arktika regionu hazırda “yüksək gərginlik dövründən” keçir və bu bölgə transatlantik təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Arktika daha çox diqqət, daha geniş resurslar və daha güclü təhlükəsizlik yanaşması tələb edəcək.
Aytən Yaşar/ Turkustan.az