ABŞ və İran arasında gərginlik artdıqca Türkiyənin diplomatik səyləri davam edir.
Turkustan.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Arakçi sabah Ankaraya gələcək.
Arakçının xarici işlər naziri Hakan Fidan ilə görüşü zamanı gərginliyin azaldılması üçün diplomatik variantlar müzakirə olunacaq.
Suriya, Qəzza və ABŞ-İran gərginliyinin müzakirə olunacağı görüşdə nazir Fidan "İrana hərbi müdaxiləyə qarşıyıq" mesajını çatdıracaq.
Digər tərəfdən, Milli Müdafiə Nazirliyinin keçirdiyi həftəlik brifinqdə gündəmlə bağlı vacib detallar da yer alıb. Bəyanatda İranla ABŞ arasında münaqişənin arzuolunmaz olduğu qeyd edilərək, "bölgəmizdə sülh üçün səylərimizi davam etdiririk" əlavə edilib.
Bəyanatda aşağıdakı qeydlər yer alırdı:
"Türkiyə olaraq, bölgəmizdə yeni gərginlik və münaqişələr görmək istəmirik. Bütün münaqişələrə son qoymaq və bölgəmizdə sülh və sabitliyin bərqərar olması üçün səylərimizi davam etdiririk."
Bundan əlavə, hər hansı potensial mənfi nəticələrə qarşı dövlətimizin müvafiq qurumları ilə əlaqələndirilmiş şəkildə bütün zəruri tədbirlər görülür.
Aytən Yaşar/ Turkustan.az