ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığı Yaxın Şərqdə çoxgünlük hava təlimi keçirəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri Mərkəzi Komandanlığı (AFCENT) elan etdi ki, "AFCENT ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət dairəsində döyüş hava gücünün yerləşdirilməsi, idarə edilməsi və əməliyyat dayanıqlığının qorunması imkanlarını nümayiş etdirmək üçün çoxgünlük hazırlıq təlimi keçirəcək".
Bəyanatda təlimin aktivlərin və şəxsi heyətin yerləşdirilməsi imkanlarını artırmaq, regional tərəfdaşlıqları gücləndirmək və CENTCOM daxilində çevik cavab əməliyyatlarına hazırlıq məqsədilə keçirildiyi bildirilir. Həmçinin təlimin ev sahibi ölkənin razılığı ilə, mülki və hərbi aviasiya orqanları ilə sıx əməkdaşlıq şəraitində, təhlükəsiz və dəqiq şəkildə və suverenliyə son dərəcə hörmətlə keçiriləcəyi bildirilir.
Aytən Yaşar/ Turkustan.az