“Ukrayna ərazi güzəştlərinə gedə bilər” - Mark Rutte


“Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli ola bilər”

Turkustan.az xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte deyib.

O, bu fikirləri Avropa Parlamentinin üzvləri ilə müzakirə zamanı səsləndirib.

Baş katib ərazi məsələsinin “çox həssas” olduğunu vurğulayaraq, yekun qərarın yalnız Ukrayna hökumətinə məxsus olduğunu qeyd edib:

“Rəsmi Kiyevin hər hansı ərazi güzəştini qəbul etməsi üçün əsas şərt Rusiyanın gələcəkdə bir daha Ukraynaya hücum etməyə cəhd etməyəcəyinə dair tam təminat almasıdır”.

Xatırladaq ki, yanvarın 23-24-də BƏƏ-nin paytaxtı Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında keçirilən gizli üçtərəfli danışıqlarda da ərazi mübahisələri əsas müzakirə mövzusu olub. “Reuters” və CNN-in məlumatına görə, bəzi məsələlərdə irəliləyiş əldə olunsa da, torpaq məsələsində tərəflər arasında gərginlik hələ də qalmaqdadır. /Qafqazinfo/


MANŞET XƏBƏRLƏRİ