Almaniya SƏRT DANIŞDI: Tramp üzr istəməlidir!


Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ prezidenti Donald Trampdan NATO müttəfiqlərinin Əfqanıstandakı töhfələrini kiçiltdiyinə görə üzr istəməsini tələb edib.

Turkustan.az xəbər verir ki, nazir Pistorius ARD televiziyasına verdiyi açıqlamada Trampın sözlərini Amerika qüvvələri ilə birlikdə döyüşərkən həyatını itirən müttəfiq əsgərlərə hörmətsizlik adlandırıb və ABŞ prezidentindən üzr istəməsini tələb edib.

Pistorius Trampın sözlərini "yersiz və hörmətsiz" adlandıraraq, "Həlak olan əsgərlərin ailələrindən üzr istəmək nəzakət, hörmət və anlayış əlaməti olardı" dedi.

Bu məsələni ABŞ-lı həmkarı Pit Heqsetlə birbaşa müzakirə edib-etməyəcəyi soruşulduqda, Pistorius "Əlbəttə ki, onu görən kimi onunla danışacağam" cavabını verdi.

ABŞ prezidenti Donald Tramp ötən həftə Fox News-a verdiyi müsahibədə ABŞ-ın Əfqanıstanda NATO qoşunlarına heç vaxt ehtiyac duymadığını və münaqişə zamanı müttəfiq qüvvələrin cəbhə xəttindən uzaq durduğunu iddia etmişdi.

Bu açıqlamalar, xüsusilə 20 illik missiya zamanı itkilərə məruz qalan Avropa müttəfiqləri, xüsusən də Danimarka, Almaniya və Birləşmiş Krallıq tərəfindən tənqidlə qarşılandı.

2001-2021-ci illər arasında Əfqanıstanda NATO missiyalarında Almaniya 59, Böyük Britaniya 457, Danimarka isə 43 əsgər itirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ