Qohum nikahları bu baxımdan “faydalı”dır - Britaniya


Birinci dərəcəli qohumlar - xalauşaqları və əmiuşaqları arasında evlilik və nəsilartırmanın mümkün faydaları və riskləri ilə bağlı müzakirələr davam edir.

Turkustan.az xəbər verir ki, Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (MSX) yaydığı yeni sənədlərə əsasən, qohum olmayan valideynlərin uşaqlarında genetik xəstəliklərə tutulma riski təxminən 3 faiz təşkil etdiyi halda, qohum nikahlarında bu göstərici 15 faizə yüksəlir.

Məlumata görə, qohum evlilikləri bəzi hallarda maliyyə və sosial təminat baxımından faydalı hesab olunur və sosial kapitalın formalaşmasına töhfə verə bilər. Bununla yanaşı, oraqvari hüceyrəli anemiya, kistik fibroz və əzələ distrofiyası kimi genetik xəstəliklər yaxın qohum valideynlərin uşaqları arasında daha çox müşahidə olunan problemlər sırasındadır.

Qeyd edək ki, 2025-ci il iyulun 1-dən qüvvəyə minən dəyişikliklərə əsasən, Azərbaycanda nikahın bağlanmasına mane olan hallar sırasına ümumi bioloji baba və ya nənəyə malik olan qardaş və bacı uşaqları, bioloji qohumluğu olan əmi (dayı) ilə qardaş (bacı) qızı, eləcə də bibi (xala) ilə qardaş (bacı) oğlu daxil edilib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ