ABŞ Hərbi Dəniz Qüvvələrinin "USS Abraham Lincoln" atom aviadaşıyıcısının başçılıq etdiyi zərbə qrupu Yaxın Şərqə çatıb.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
"Zərbə qrupu hazırda regional sülh və təhlükəsizliyə töhfə vermək məqsədilə Yaxın Şərqdə yerləşdirilib", - deyə CENTCOM-un paylaşımında bildirilir.
Bununla yanaşı, "Flightradar24" və "ADS-B Exchange"in məlumatlarına əsasən, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "C-17A Globemaster III" hərbi nəqliyyat təyyarələri Texasdakı Robert Qrey aerodromundan Yaxın Şərqə yük daşıyır.
Məlumatlara görə, ABŞ hərbi nəqliyyat təyyarələri son 48 saat ərzində altı uçuş həyata keçiriblər. İddialar görə, onlar hava hücumundan müdafiə vasitələri daşıyırlar. /Oxu.az/