Ermənistan Azərbaycana rəsmi dəvət göndərir


Ermənistan COP-17-də Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırdır, tezliklə rəsmi dəvət göndəriləcək.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan bildirib.

Onun sözlərinə görə, BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyası sammiti ilə bağlı bildirişlər artıq 196 üzv dövlətin hamısına göndərilib. Rəsmi dəvətlər tezliklə göndəriləcək.

Xatırladaq ki, BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflərinin 17-ci Konfransı (COP-17) bu il 18-30 oktyabr tarixlərində Ermənistanda keçiriləcək. /Modern.az/


MANŞET XƏBƏRLƏRİ