ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiyaya məxsus Suriyanın Haseke şəhərindəki Şəddadi hava bazasında intensiv hərbi fəaliyyət müşahidə olunub.
Turkustan.az xəbər verir ki, ABŞ yük təyyarələri və hərbi helikopterləri Suriya ordusunun YPG-yə qarşı əməliyyatları nəticəsində azad edilmiş ərazilərdə aktivdir. Mərkəzi Komandanlıq İŞİD yaraqlılarının Suriyadan İraqa köçürülməsinə başlandığını açıqlayıb.
Suriya ordusu YPG terror təşkilatına qarşı əməliyyatda ölkənin şimal-şərqində böyük bir ərazini qrupdan azad edib. Suriya ordusunun azad etdiyi ərazilər arasında ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə koalisiyaya məxsus Şəddadi şəhərindəki hava bazası da var.
Şəddadi Hava Bazasında ABŞ yük təyyarəsinin eniş edib yük daşıdığı görünür. Yaxınlıqda hərbi helikopterlərin də uçduğu görünür. Burada hərbi bazanın ətrafındakı ərazini müşahidə edən zeppelin də yerləşdirilib.
Aytən Yaşar/ Turkustan.az