ABŞ-ın şimal-şərqində, Men ştatında səkkiz nəfərin olduğu şəxsi təyyarə qəzaya uğrayıb.
Turkustan.az xəbər verir ki, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Bombardier Challenger 600 təyyarəsinin Bangor Beynəlxalq Hava Limanından qalxış zamanı qəzaya uğradığını açıqladı.
Təyyarədə 8 nəfərin olduğu barədə məlumat paylaşılan açıqlamada qəza ilə bağlı araşdırmanın başlandığı qeyd edilib.
Hava limanı həmçinin uçuş-enmə zolağının müvəqqəti olaraq bağlandığını bildirən açıqlama yayıb və vətəndaşlardan hava limanından uzaq durmalarını istəyib.
ABŞ Federal Aviasiya Administrasiyası təyyarədə olan yeddi nəfərin öldüyünü, birinin isə ağır yaralandığını açıqlayıb.
Açıqlamada qəzanın hələlik məlum olmayan səbəblərdən uçuş zamanı baş verdiyi, təyyarənin aşdığı və alovlandığı bildirilir.
Aytən Yaşar/ Turkustan.az