Tramp Qrenlandiyaya "bayraq sancdığı" foto PAYLAŞDI


ABŞ prezidenti Donald Tramp Qrenlandiya ərazisində ABŞ bayrağını sancdığı bir foto paylaşıb.

Turkustan.az xarici mediaya istinadla bildirir ki, Ağ Ev rəhbəri adanın “fəthi”ni təsvir edən bu görüntünü “Truth Social” sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Şəkildə Tramp əlində ABŞ bayrağını tutur. Prezidentin yanında ölkənin dövlət katibi Marko Rubio və vitse-prezident Cey Di Vens dayanır. Yaxınlıqda isə “Qrenlandiya — 2026-cı ildən ABŞ ərazisidir” yazılmış lövhə yerləşdirilib. Bununla belə, ABŞ bayrağındakı ulduzların sayı 50 olaraq qalıb.

Amerika lideri həmçinin Kanadanın, Venesuelanın və Qrenlandiyanın ərazilərinin ABŞ-a birləşdirildiyi başqa bir görüntü də paylaşıb. Həmin şəkildə Tramp Ağ Evdə Avropa liderlərinə müvafiq xəritəni nümayiş etdirir./lent.az


MANŞET XƏBƏRLƏRİ