İsrailin ABŞ administrasiyasının tələblərinə baxmayaraq, Qəzza zolağının Misirlə sərhədindəki Rəfah sərhəd keçid məntəqəsini açmamaq qərarına gəldiyi bildirilir.
Turkustan.az xəbər verir ki, "Yedioth Ahronot" qəzetinin yüksək vəzifəli İsrail rəsmisinə istinadən verdiyi məlumata görə, bazar günü axşam iclas keçirən İsrail Təhlükəsizlik Kabineti Rəfah sərhəd keçid məntəqəsini bağlı saxlamaq qərarına gəlib.
İsrail rəsmisi qeyd edib ki, atəşkəsin ikinci mərhələsinin başlandığını elan edən ABŞ administrasiyasının xahişlərinə baxmayaraq, Təl-Əviv hökuməti Rəfah sərhəd keçid məntəqəsini bağlı saxlamaq qərarına gəlib.
Rəsmi həmçinin iddia edib ki, Qəzza İdarə Heyətinə Türkiyə və Qətər nümayəndələrinin daxil edilməsi Təl-Əviv və Vaşinqton arasında əvvəlki razılaşmanın bir hissəsi deyil.
Daha əvvəl bildirilmişdi ki, İsrail 7 oktyabr 2023-cü ildə baş verən toqquşmalarda həlak olan İsrail əsgəri Ran Qvilinin cəsədi təhvil verilənə qədər Rəfah sərhəd keçid məntəqəsinin açılmasına icazə verməyəcək.
Atəşkəsə baxmayaraq, İsrail Qəzzanın İsrail xaricindəki dünyaya yeganə qapısı olan Rəfah sərhəd keçid məntəqəsini açmayıb və onu 2024-cü ilin may ayından bəri işğal altında saxlayır.
Aytən Yaşar/ Turkustan.az