“Qlobal səhnədə əvvəlki qaydalar faktiki olaraq ləğv edilib”.
Turkustan.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2025-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qlobal səhnədə oyun “kim güclüdür, o da haqlıdır” prinsipi ilə gedir.
XİN başçısı deyib ki, ABŞ Prezidenti Donald Trampın beynəlxalq davranış qaydalarını müstəqil şəkildə yazmaq siyasəti Avropa üçün ciddi bir şok olub.
S.Lavrov 2026-cı ilin ilk həftələrinin “təəssürat yaratmaq üçün bütün rekordları qıracağını” qeyd edib. O, ABŞ-ın Venesuelaya hücumunu ən əhəmiyyətli hadisələrdən biri kimi qeyd edərək, bunu “kobud silahlı işğal” adlandırıb. /Yeni Sabah/