Əraziyə qoşun göndərildi: Müharibə anonsu verildi


“ABŞ Prezidenti Donald Tramp orduya Qrenlandiyanı işğal etməyi əmr etsə, müharibə olacaq və biz bir-birimizlə vuruşacağıq”.

Globalinfo.az xəbər verir ki, bunu Danimarka parlamentinin müdafiə komitəsinin rəhbəri Rasmus Jarlov “CNN”ə verdiyi müsahibədə deyib.

“Əlbəttə ki, biz Qrenlandiyanı müdafiə edəcəyik. Qrenlandiyanı ələ keçirmək cəhdləri ABŞ üçün fəlakətli olacaq”, – deyə o bildirib.

Digər tərəfdən, “Berlingske” qəzetinin məlumatına görə, Baş Qərargah rəisi Peter Boyesenin rəhbərlik etdiyi Danimarka hərbçiləri təlimlər üçün Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə eniş ediblər:

“Qoşunların ümumi sayı 58 nəfərdir. Onlar əvvəllər Qrenlandiyaya göndərilmiş təxminən 60 əsgərdən ibarət qrupa qoşulublar. Təlimlərin məqsədi kəskin münaqişələr zamanı adanın müdafiəsini təmin edə bilməkdir”. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ