"Ermənistanda tezliklə tarixi dəyişiklik baş verəcək"


“Erməni kilsəsi ilə bağlı proses yeni mərhələyə qədəm qoyur, tezliklə dəyişiklikləri görəcəyik”.

Turkustan.az xəbər verir ki, bunu Estoniyadakı erməni yeparxiyasının rəhbəri, arxiyepiskop Vazgen Mirzaxanyan deyib.

Arxiyepiskop bütün ermənilərin katolikosu II Qareginin tezliklə vəzifəsindən uzaqlaşdırılacağını bildirib.

Mirzaxanyan Ermənistan Baş naziri Nikol Paşinyanın kilsə islahatlarını dəstəklədiyini də açıqlayıb: “Hökumətin kilsə islahatlarını dəstəkləyirəm”.

Arxiyepiskop əlavə edib ki, erməni kilsəsi köhnə və sovet qaydaları ilə idarə edilə bilməz: “Kilsə ilə dövlət arasında sağlam əməkdaşlıq olmalıdır. Kilsəyə dua etmək, moizə oxumaq üçün gedən bir lideri xatırlamıram. Əminəm ki, bu proses (II Qareginin taxtdan uzaqlaşdırılması) uğurlu olacaq. Tanrı da bundan razı olacaq”. /Teleqraf/


MANŞET XƏBƏRLƏRİ