ABŞ Sahil Mühafizəsi Rusiya bayrağı altında üzən “Mariner” tankerinin təqibinin və Amerika əsgərlərinin gəmiyə minməsinin görüntülərini yayımlayıb.
Turkustan.az xəbər verir ki, görüntülər gündüz vaxtı çəkilib. Videoda tankerin Amerika gəmisi olan "Munro" ilə yanaşı hərəkət etdiyi görünür. Daha sonra bir qrup silahlı ABŞ hərbçisi gəmiyə minir və daha iki nəfər vertolyotdan kəndirlərlə göyərtəyə düşürülür.
Daha əvvəl bildirilmişdi ki, ABŞ hərbçiləri tankeri Şimali Atlantikada bir neçə gün təqib ediblər. Yanvarın 7-də onlar gəmiyə miniblər və bundan sonra heyətlə əlaqə kəsilib.
ABŞ hakimiyyəti tankerin ABŞ sanksiyalarını pozduğunu bildirib. Ağ Evin mətbuat katibi Kerolin Levitt bildirib ki, gəminin həbsi üçün məhkəmə qərarı verilib və heyət üzvləri hüquqi prosesə cəlb edilib.
Rusiya Xarici İşlər Nazirliyi ekipaj üzvləri arasında Rusiya vətəndaşlarının olduğunu bildirib və onlara qarşı insani və ləyaqətlə davranılmasını tələb edib.
Rusiya Nəqliyyat Nazirliyi öz növbəsində qeyd edib ki, açıq dənizdə Amerika hərbi qulluqçularının “Mariner” tankerinə hücumu BMT-nin 1982-ci il Dəniz Hüququ haqqında Konvensiyasının müddəalarını pozur./publika.az