6 günlük sirr çözülür: Şara 12 dəqiqəlik atışmada yaralanıb – Detallar


“Suriya Prezidenti Əhməd əl-Şaraanın 6 gündür ictimaiyyət qarşısına çıxmaması sui-qəsd iddialarını gücləndirib”.

Turkustan.az xəbər verir ki, bu barədə “Haberler” nəşri məlumat yayıb.

Şaraanın keçmiş dostu və Nusra Cəbhəsinin qurucularından Salih əl-Hamavi 30 dekabr tarixində onun Prezident Sarayında keçirilən iclasda hücuma məruz qaldığını iddia edib.

O bildirib ki, atışma təxminən 12 dəqiqə davam edib və Şaraa döş nahiyəsindən mərmi yarası alıb. Şaraanın müşaviri Abdurrahim Attunun da ağır yaralandığı deyilir.

KİV yazır ki, Suriyada müəyyən silahlı qruplar Şaraa ilə mübarizə aparmaq qərarı alıblar. Gərginliyin daha da artmasının səbəbi kimi 10 noyabr tarixində Şaraanın Ağ Evdə qəbul edilməsi və İŞİD-ə qarşı koalisiyaya qatılması göstərilir.

“Bundan başqa, Şaraa son vaxtlar radikal cihadçı qruplar tərəfindən “keçmiş prinsipləri tərk etmək” və “Qərbin siyasətinə yaxınlaşmaq”da ittiham edilir. Onun Türkiyə ilə yaxınlaşmasını qəbul etməyənlər də var”, – məlumatda qeyd edilib./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ