Dünyaca məşhur ulduzlar Trampa görə günlərlə qapalı qalıb


ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyatından sonra Venesuela hava məkanının mülki uçuşlar üçün bağlanması Karib dənizində istirahət edən Hollivud ulduzlarına təsir edib. Sent-Bartsda və ətraf adalarda qapalı qalan Leonardo Di Kaprio, Natali Portman və Mayk Tayson kimi dünya ulduzları nəqliyyat böhranı səbəbindən mükafatlandırma mərasimlərində iştirak edə bilməyiblər və lüks tətillərini beynəlxalq logistik xaosa çeviriblər.

ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyatı Karib hövzəsində turizm və nəqliyyatı iflic edib. Hava məkanının bağlanması səbəbindən bölgədə qapalı qalan Leonardo Di Kaprio, Natali Portman və Mayk Tayson kimi məşhurlar lüks adaları tərk etmək yollarını axtarırlar.

HAVA MƏKANI QAPALI, TİCARİ UÇUŞLAR DAYANDI

Venesuela marşrutunda hərbi fəaliyyətlə əlaqədar Karib hövzəsi üzərində uçuşa qadağa zonasının tətbiqi Yeni il tətili üçün bölgəni seçən minlərlə insana təsir edib. Təhlükəsizlik protokolları çərçivəsində hava məkanının mülki sərnişinlərin hərəkətinə bağlanması kommersiya uçuşları, eləcə də özəl reaktiv reysləri Sent Barts, Saint Martin və Anguilla kimi məşhur istiqamətlərə tamamilə dayandırdı.

MÜKAFAT MƏRASİMLƏRİNƏ "VENESUELA" ƏNGƏLİ

Nəqliyyat böhranı Hollivudun iş qrafikini də pozub. Leonardo Di Kaprionun bu böhran səbəbindən Palm Springs Beynəlxalq Film Mükafatlarına qatıla bilmədiyi öyrənilib. Qızıl Qlobus Mükafatlarının təqdimat mərasiminə sayılı günlər qaldığına görə, Natali Portmanın hələ də geriyə yol axtardığı və onun mərasimə gəlib çata bilməyəcəyi qeyri-müəyyən olaraq qaldığı bildirilir.Bölgədəki yerli mənbələr hava məkanının nə vaxt açılacağı ilə bağlı qeyri-müəyyənliyin davam etdiyini bildirir. Tətillərini qısaltmaq məcburiyyətində qalan, lakin fiziki olaraq adaları tərk edə bilməyən tətilçilər üçün Karib dənizinin tropik sakitliyi yerini gözləməyə və böhran idarəçiliyinə verdi.

Tahirə Nur


MANŞET XƏBƏRLƏRİ