VP: ABŞ-ın Venesuelaya müdaxiləsi zamanı təxminən 75 nəfər həlak olub


ABŞ-ın hesablamalarına görə, Venesuelaya hərbi müdaxilə zamanı Venesuela və Kuba təhlükəsizlik qüvvələri, eləcə də mülki şəxslər daxil olmaqla təxminən 75 nəfər həlak olub.

Turkustan.az xəbər verir ki, "Washington Post" (WP) qəzetinə danışan rəsmilər ABŞ-ın Venesuelaya potensial hərbi müdaxiləsi ilə bağlı iddialar irəli sürüblər.

ABŞ hökumətinin hərbi müdaxilədə təxminən 75 nəfərin öldüyünü təxmin etdiyini iddia edən rəsmilər, bu şəxslərin arasında Venesuela və Kubadan olan təhlükəsizlik qüvvələrinin, eləcə də mülki şəxslərin olduğunu qeyd ediblər.
Bir rəsmi müdaxilə zamanı 67 nəfərin öldüyünü iddia edib, digəri isə bu rəqəmin 75 ilə 80 arasında olduğunu təxmin edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ